Saç tökülməsi – Səbəbləri və əlamətləri

Xülasə

Saç tökülməsinə yalnız baş dərisi və ya bütün orqanizm səbə ola bilər. Bu irsiyyət, hormonal dəyişikliklər, tibbi şərtlər və ya dərmanların nəticəsində baş verə bilər. Hər kəs saç tökülməsi ilə qarşılaşa bilər, amma buna kişilərdə daha çox rast gəlinir.

Amerika Dermatologiya Akademiyası (AAD) ABŞ-da 80 milyon kişi və qadının irsi saç tökülməsinin (alopesiya) olduğunu qeyd edir.

Yalnız baş dərinizdəki saçlara və ya bütün bədəninizə təsir edə bilər. Yaşlı yetkinlərdə alopesiya daha çox yayılsa da, uşaqlarda həddindən artıq saç tökülməsi də baş verə bilər.


Ümumiyyətlə, keçəllik, saçların baş dərisindən həddindən artıq tökülməsinə aid edilir. Yaşlanma ilə əlaqədar irsi saç tökülməsi saç tökülməsinin ən çox yayılmış səbəbidir. Bəzi insanlar saçlarının tökülməsinə biganə yanaşır, müalicə etdirmirlər və saçlarının tökülməsini gizlətmitlət. Digərləri saçlarının tökülməsini gizlətmək üçün saç düzümü, makiyaj, şapka və ya parik və s. vasitələrdən istifadə edirlər. Bir başqaları saç tökülməsinin qarşısını almaq və saçların yenidən yaranmasını bərpa etmək üçün mümkün olan müalicə yollarından birini seçir.
Nəzərə almaq lazımdır ki, saç tökülməsinin müalicəsinə başlamazdan əvvəl saç tökülməsinin səbəbi və müalicə yolları barədə mütəxəssis həkim ilə danışmaq tövsiyyə olunur.

Saç tökülməsinə yalnız baş dərisi və ya bütün orqanizm səbə ola bilər. Bu irsiyyət, hormonal dəyişikliklər, tibbi şərtlər və ya dərmanların nəticəsində baş verə bilər. Hər kəs saç tökülməsi ilə qarşılaşa bilər, amma buna kişilərdə daha çox rast gəlinir.
Ümumiyyətlə, keçəllik, saçların baş dərisindən həddindən artıq tökülməsinə aid edilir. Yaşlanma ilə əlaqədar irsi saç tökülməsi saç tökülməsinin ən çox yayılmış səbəbidir. Bəzi insanlar saçlarının tökülməsinə biganə yanaşır, müalicə etdirmirlər və saçlarının tökülməsini gizlətmitlət. Digərləri saçlarının tökülməsini gizlətmək üçün saç düzümü, makiyaj, şapka və ya parik və s. vasitələrdən istifadə edirlər. Bir başqaları saç tökülməsinin qarşısını almaq və saçların yenidən yaranmasını bərpa etmək üçün mümkün olan müalicə yollarından birini seçir.
Nəzərə almaq lazımdır ki, saç tökülməsinin müalicəsinə başlamazdan əvvəl saç tökülməsinin səbəbi və müalicə yolları barədə mütəxəssis həkim ilə danışmaq tövsiyyə olunur.

Simptomlar
Kişilərə xas saç tökülməsi şəkli

Saç tökülməsi, ona nəyin səbəb olduğundan asılı olaraq, özünü fərqli şəkillərdə biruzə verə bilər. Bu qəflətən və ya tədricən baş verə bilər və yalnız baş dərisi və ya bütün bədən buna məruz qala bilər. Saş tökülməsininin bəzi tipləri müvəqqəti, digər saç tökülməsi tipləri isə qalıcı olur.

Qadınlara xas saç tökülməsi şəkli

Saç tökülməsinin ilkin əlamətlərinə aşağıdakılar da aiddir:

  1. Başın üst hissəsindən saçların tədricən incəlməsi. Bu saç tökülməsinın ən yayqın növüdür və yaşlanma ilə əlaqədar həm kişilərdə, həm də qadınlarda görünürə bilər. Kişilərdə saşlar, adətən, alın tərəfdən “M” hərfinə bənzər şəkildə tökülür. Qadınlarda isə, adətən, alın bölgəsindəki scalar qalır, lakin saç tökülməsi daha geniş bölgədə baş verir.
  2. Dairəvi ləkələr (saçların fərqli bölgələrdən topa şəklində tökülməsi). Bu saç tökülməsi hamar, sikkə ölçüsündə müşahidə edilir. Bu tip saç tökülməsi, adətən, yalnız baş dərisini təsir edir. Bəzən saqqal və qaş nayihəsində də meydana gələ bilər. Bir sıra hallarda saç tökülməzdən əvvəl dəridə qaşınma və ya ciddi narahatçılıq olur.
  3. Saçların qəfil seyrəkləşməsi. Fiziki və ya emosional şok saçların seyrəlməsinə səbəb ola bilər. Saçları darayarkən, yuyarkən, hətta, saçlarınıza əllirizlə yüngül toxunarkən saç topa şəklində tökülə bilər. Saç tökülməsinin bu tipi, başın ayrı-ayrı bölgələrində saçın dairəvi tökülməsinə yox, ümumiyyətlə, saç tökülməsinə səbəb olur.
  • Saçın və bütün bədəndə tükün tökülməsi. Xərçəng üçün kemoterapiya olduğu kimi, bir sıra tibbi müalicəvə şərait vücudda saç tökülməsinə səbəb ola bilər. Belə halda, müalicədən sonra scalar, ümumiyyətlə, geri böyüyür.
  • Başın dərisində saç tökülməsinin ayrı-ayrı bölgələrdə yayılması. Bu vəziyyət “saçqıran”-ın ilkin əlamətidir. Bu, saç tellərinin qırılması, qızartı, şişkinlik və bəzən qaşınma ilə müşaiyət oluna bilər.

Mütəxəssis həkimə müraciət edilmə nə vaxtı
Saç tökülməsindən əziyyət çəkirsinizsə və müalicəyə başlamaq istəyirsinizsə, mütəxəssisə müraciət edə bilərsiniz. Həmçinin, qəfil və ya topa şəklində saç tökülməsi və ya saçlarınızı darayan vəya yuyan zaman adi normaldan artıq saç tökülməsi qeydə alındığı zaman mütəxəssisə müraciət edilməlidi. Qəfil saç tökülməsi, dərinin alt qatında vəya orqanizmdə tibbi müdaxiləyə ehtiyac olan halın olmasının əlaməti ola bilər.

Səbəblər
Adətən, gün ərzində bir insanda təxminən 100 saç teli tökülür. Bu, ümumiyyətlə, saçın nəzərəçarpacaq dərəcədə incələnməsinə səbəb olmur, çünki eyni zamanda yeni saçlar yaranır. Saç tökülməsi, bu böyümə və tökülmə tsikli pozulduqda və ya saç kökü məhv olduqda və iltihaba çevrildikdə baş verir.

Saç tökülməsi adətən aşağıdakı amillərdən biri və ya bir neçəsi ilə əlaqədardır:

  • İrsiyyət. Saç tökülməsinin ən çox rastlanan səbəbi kişilərə xas və qadınlara xas keçəlləşmə forması olan irsi saç tökülməsi halıdır. Bu, adətən, tədricən yaşlanma ilə və qabaqcadan təxmin edilə bilən şəkillərdə – kişilərdə saçların seyrəkləşməsi və keçəl ləkələr, qadınlarda isə saçların incəlməsi şəklində meydana çıxa bilər.
  • Hormonal dəyişikliklər və xəstəliklər. Müxtəlif şərtlər, o cümlədən hamiləlik, doğuş, menopoz və tiroid problemləri ilə əlaqədar hormonal dəyişikliklər daimi və ya müvəqqəti saç tökülməsinə səbəb ola bilər. Saçların kümə şəklində tökülməsinə səbəb olan xəstəliklərə
  • alopesiya areatası (al-o-PEE-she-uh ar-eA-tuh),
  • saçqıran kimi dəri iltihabları və
  • trichotillomania (trik-o-til-o- MAY-nee-uh).
  • Dərman və əlavələr. Saç tökülməsi xərçəng, artrit, depresiya, ürək problemləri və yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların əks təsiri nəticəsində yarana bilər.
  • Başa radiasiya müalicəsi. Saç əvvəlki kimi böyüməyə bilər.
  • Çox gərgin hadisə. Bir çox insan fiziki və ya emosional şokdan bir neçə ay sonra saçların ümumiiyyətlə azalması ilə qarşılaşır. Bu cür saç tökülməsi əksər hallarda müvəqqəti xarakterli olur.
  • Müəyyən saç düzümləri və müalicə üsulları. Saçların həddindən artıq dartılmasına səbəb olan müəyyən saç düzümü və ya şəkillərivə dartma alopesiyası adlanan saç tökülməsinə tipi ilə nəticələnə bilər. Saça yağlı və qalıcı vasitələrlə müdaxilə edib, şəkilləndirmək, düzmək saç köklərinin t iltihabına, bu da saçların tökülməsi səbəb ola bilər. Əgər qızartı və qaşıntı varsa, saç tökülməsi qalıcı ola bilər.

Risk amilləri
Bir neçə amil saç tökülməsi riskini artıra bilər, o cümlədən:

  • Keçəlləşmə ilə bağlı genetik yaddaş
  • Yaş
  • Həddindən artıq çəkinin azalması
  • Diabet və lupus kimi, müəyyən xəstəliklər
  • Stress və gərginlik

Müdafiə
Əksər keçəllik faktları genetikadan qaynaqlanır (kişilərə xas keçəllik və qadınlaraxas keçəllik şəkilləri). Bu cür saç tökülməsinin qarşısı alınmazdır.
Aşağıda qeyd olunan tövsiyyələr saç tökülməsinin qarşısını ala bilər:

  • Saçın dartılmasına səbəb olan saç düzümlərindən istifadə etməmək;
  • Saçları zorla bükməkdən, sürtməkdən və dartmaqdan çəkinmək.
  • Saçları yuyarkən və darayarkən diqqətli və ehtiyatlı olmaq;
  • Saçı və dəriyi zədələyən qulluq vasitələrindən (isti rulonlar, qıvrımlaşdırıcı ütülər, isti-yağ prosedurları və qalıcılar kimi sərt vasitələr) istifadə etməmək;
  • Saç tökülməsinə səbəb ola biləcək dərman və qida əlavələrindən uzaq durmaq;
  • Saçınızı günəş işığından və digər ultrabənövşəyi işıq mənbələrindən qoruyun;
  • Siqaret çəkməyi dayandıqmaq. Bəzi tədqiqatlar kişilərəxas saç tökülməsini siqaret çəkməklə əlaqələndirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Theme: Overlay by Kaira
LEFTBARNOW