Seyrəkləşmədə incə nöqtələr

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biri olub. Kimi saç tökülməsini normal proses kimi qəbul edir, kimi saç tökülməsinin qarşısını almaq üçün həkim məsləhəti olmadan müxtəlif maskalardan istifadə edir, ancaq çox az sayda insan saç tökülməsi ilə bağlı həkimə müraciət edir. Saç tökülməsi, qırılması, seyrəkləşməsi yalnız başın dərisi ilə bağlı deyil, həmçinin daxili orqanlarda baş verən prpblemlərdən irəli gələ bilər.
Hair loss storyboard conceptual compositions set with profile macro view of balding scalp skin infographic images vector illustration

Ümumiyyətlə, hər bir saçın ömrü 2-6 il olur, buna görə saç tökülür: saç tökülür, yeniləri əmələ gəlir. Bu daimi fizioloji proses və təbii hesab edilir. Bir gün ərzində təqribən 50-100 arasında saç tökülür. Bu, əsasən, yaz, payız aylarında özünü daha çox büruzə verir. Əgər bundan artıq saçtökülmə sayı müşahidə edilərsən, bu zaman mütəəssisə müraciət etmək məsləhət görülür.
Bu sahədə aparılan araşdırmalar göstərir ki, saç tökülməsinin müxtəlif səbəbləri ola bilər:

  • Daxili orqanlarda baş verən problemlər
  • İrsi problemlər,
  • Zob xəstəliyi,
  • Qan azlığı,
  • Dəmir azlığı,
  • Qeyri-sağlam həyat tərzi,
  • Qeyri-düzgün qidalanma,
  • Vitaminsizlik,
  • Güclü pəhrizlər,
  • Güclü həyəcan,
  • Gündəlik məişət və iş rejimi ilə bağlı xroniki yorğunluq,
  • Metal daraqlar,
  • Tərkibi zərərli kimyəvi maddələrdən ibarət olan, gel, spray və s. kimi vasitələr
  • Fenlərdən aşırı istifadə,
  • Saç qaynaqları və s.
Colored skin acne anatomy composition with types of acne pimples before and after vector illustration

Mütəxəssis tərəfindən məlum olunsa ki, saç tökülməsi daxili orqanlarla bağlıdır, xəstələr digər mütəxəssisə yönləndirilir. İlk əvvəl, saç tökülməsinə səbəb olan problemlər aradan qaldırılır. Əgər bundan sonra da saç tökülməsi davam edərsə, bu zaman saç dərisi həkim-trixoloq tərəfindən müalicə olunur.
İnsanları saçla bağlı narahat edən səbəblərdən biri saçın ağarmasıdır. Ümumiyyətlə, saçın ağarması 35-40 yaşdan sonra baş verir və yaşlanma ilə əlaqəli olan bu fizioloji proses təbii hesab olunur. Saçlar 20-30 yaşları arasında ağarmağa başlanması genetik ola bilr. Valideynlərdən birində erkən saçağarma müşahidə edilibsə, bu irsiyyət kimi qəbul edilir. Digər səbəb isə vitamin və mineral çatışmazlıqları, pis qidalanma ola bilər.

Skin acne on white background illustration

Saç tökülməsi irsiyyətlə bağlı deyilsə, güman olunur ki, xəstədə başqa bir problem var və bu səbəbdən də saç tökülür. Bu problemin vaxtında həll olunması həm saç tökülməsin, həm də yarana biləcək digər ciddi fəsadın qarşısını alar. Mütəxəssislə məsləhətləşmədən saç dərisinə hər hansı maskaların çəkilməsi tövsiyyə olunmur. Nəticədə maskalar baş dərisinə ziyan verə və saçın ağarmasına səbəb ola bilər.
Saç tökülməsi irsiyyətlə bağlı deyilsə, güman olunur ki, xəstədə başqa bir problem var və bu səbəbdən də saç tökülür. Bu problemin vaxtında həll olunması həm saç tökülməsin, həm də yarana biləcək digər ciddi fəsadın qarşısını alar. Mütəxəssislə məsləhətləşmədən saç dərisinə hər hansı maskaların çəkilməsi tövsiyyə olunmur. Nəticədə maskalar baş dərisinə ziyan verə və saçın ağarmasına səbəb ola bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Theme: Overlay by Kaira
LEFTBARNOW