Biotin (B7) saçın artmasını və böyüməsini necə dəstəkləyir?

Həm qadınlar, həm də kişilər üçün yaşlanmanın təbii bir parçası saçların bir hissəsinin təbii olaraq tökülməsidir. Saç tökülməsinə dair bir çox faktlar və yanılqılar arasında Biotinin saç böyüməsini təşviq etməsinə də çox diqqət yetirilmişdir. Biotin həqiqətən saç böyüməsini təşviq edirmi? Bu barədə alimlər ümumi fikrə gəlməyiblər – amma bəzi insanlar saçlarınıın seyrəlməsi və ya saç tökülməsi ilə qarşılaşanda biotindən istifadəni artırır. Biotin “B” vitaminidir və bəzən onu “H” vitamini adlandırırlar.

Saçların böyüməsi üçün vacib olan bu maddənin saç yenidən çıxması artırdığı və saç tökülməsini azaltdığı klinik olaraq sübut edilmişdir. Bu maddə həm də qalın və parlaq saçlarla yanaşı, sağlam dəri və möhkəm saç köklərinə də səbəb olur.

Biotinin iş prinsipi nədən ibarətdir?

Biotin suda həll olunan bir vitamindir və bədəndəki müəyyən qida maddələrini enerjiyə çevirməyə kömək edir. Bu zəruri vitamin sağlam dəri, saç və dırnaqları qorumaq üçün də lazımdır. Elm adamları dərinin, dırnaqların və saçların keratindən ibarət olduğunu nəzərə alaraq, biotinin vücuddakı keratin məhsuldarlığını yaxşılaşdıracağına inanırlar. Biotinin keratin infrastrukturunun təkmilləşməsinə səbəb olduğu hərkəsə məlum olsa da, biotinin ümumi saç, dəri və dırnaq sağlamlığında necə rol oynadığı tam dəqiq deyil.
Biotin çatışmazlığının saç tökülməsinə səbəb olduğu bilinir. Bununla belə, bədənin ehtiyac duyduğu biotinin çoxunu qəbul edilən qidalardan alınır və biotin çatışmazlığı çox az təsadüf olunan haldır. Əgər sizdə belə bir halın olduğunu güman edirsinizsə, ilk addım mütəxəssis tərəfindən müayinə olunmaqdır. Mütəxəssis həqiqi çatışmazlığınız olub-olmadığı barədə məlumat verə biləcək və böyük ehtimalla, pəhrizinizdə biotinlə zəngin qidaları artırmağı tövsiyə edəcəkdir.
Tərkibi biotinlə zəngin olan qidalara:


⦁ ət, o cümlədən qaraciyər və böyrək,
⦁ yumurta sarısı,
⦁ badam, fındıq, fıstıq və qoz kimi qərzəkli meyvələr,
⦁ soya və digər paxlalı bitkilər,
⦁ taxıl məhsulları,
⦁ banan,
⦁ gül kələm və
⦁ göbələklər aid edilə bilər.

Bu qidalar yalnız tərkibindəki biotinə görə deyil, bir çox sydalı səbəbə görə tövsiyyə edilirlər. Minerallar və qidalı maddələrlə zəngin pəhriz, bədənin ümumi sağlamlığı, o cümlədən sağlam scalar və dəri üçün vacibdir.

Qida pəhrizindən əlavə Biotin qəbulunu necə artırmalı…

Araşdırmalar Biotinin çatışmazlığı halı olmadan Biotinin qəbul edilməsinin saç möhkəmliyini və saç artmasını dəstəkləyəcəyi barədə araşdırmalar tam aydın olmasa da, əksər araşdırmaların Biotinin bir çox faysasının olduğunu göstərir. Suda həll olunduğuna görə, bədəndə olan artıq biotin ifraz olunur. Bu səbəbdən, bədəndə aşırı biotinin dozası ehtimalı çox azdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Theme: Overlay by Kaira
LEFTBARNOW